Bank Of Baku

«Bank of Azerbaijan» nizamnamə kapitalını artırır

«Bank of Azerbaijan» nizamnamə kapitalını artırır
# 18 mart 2011 15:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Bank of Azerbaijan» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 20 manat, sayı 500 min ədəd, emissiyanın ümumi həcmi isə 10 mln. manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, «Bank of Azerbaijan»ın artıq mart-aprel aylarında səhmlərin yerləşdirilməsinə başlayacağı gözlənilir. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə bankın nizamnamə kapitalı 42,5% artaraq 33,5 mln. manata çatacaq.

Xatırladaq ki, səhmdarları «NEM Holding» (1%) və iki fiziki şəxs (99%) olan «Bank of Azerbaijan» 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvarın 1-nə bankın aktivləri 146,861 mln. manat, depozit portfeli 66,795 mln. manat, kredit portfeli 133,916 mln. manat, məcmu kapitalı 11,854 mln. manat, o cümlədən nizamnamə kapitalı 23,5 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR