Bank Of Baku

“Paşa Bank” ötən il xarici valyuta əməliyyatlarından əldə etdiyi gəlirin həcmini 2 dəfədən çox artırıb

“Paşa Bank” ötən il xarici valyuta əməliyyatlarından əldə etdiyi gəlirin həcmini 2 dəfədən çox artırıb
# 26 mart 2011 08:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev-APA-Economics. “Paşa Bank” ASC-nin xarici valyuta əməliyyatlarından əldə etdiyi gəlirin həcmi cari ilin əvvəlinə 3,88 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,2 dəfə çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, ötən il ərzində bankın haqq və komissiya gəlinin həcmi 43% artaraq 2,064 mln. manata, əməliyyat gəlirlərinin həcmi isə 34% artaraq 30,360 mln. manata çatıb.

Ötən il ərzində bankın işçi başına düşən gəliri 12% artaraq 197 manat, işçi başına düşən xərcləri isə 40% artaraq 87 manat təşkil edib.

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Bank» 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 509,074 mln. manat, depozit portfeli 388,601 mln. manat, kredit portfeli 194,860 mln. manat, məcmu kapitalı 132,284 mln. manat, o cümlədən nizamnamə kapitalı 115,4 mln. manat təşkil edib. Bankın hazırda 6 bankomatı və 56 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR