Bank Of Baku

Yaponiya indiyədək Azərbaycana 1,413 mlrd. dollarlıq maliyyə vəsaiti ayırıb

Yaponiya indiyədək Azərbaycana 1,413 mlrd. dollarlıq maliyyə vəsaiti ayırıb
# 28 mart 2011 07:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan və Yaponiya arasında əməkdaşlıq dövrü ərzində ümumilikdə 1 354,6 mln. ABŞ dolları həcmində 5 kredit sazişi imzalanıb ki, bunun 591,6 mln. dollarını təşkil edən 3 layihənin icrası artıq başa çatıb.

Azərbaycan Nazirlər Kabinetindən «APA-Economics»ə verilən məlumata görə, ümumi məbləği 762,95 mln. dollar təşkil edən 2 kredit sazişi hazırda icra olunmaqdadır: «İmzalanmış kredit sazişinin 3-ü elektroenergetika, 1-i kimya sənayesi, 1-i isə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması sahəsini əhatə edir».

İmzalanmış 5 kredit sazişi üzrə 2011-ci ilin yanvarın 1-dək Azərbaycan 598,3 mln. dollar məbləğində vəsaitdən istifadə edib ki, bu da imzalanmış sazişlər üzrə ümumi kreditin 44,2%-ni təşkil edir. İmzalanmış kredit sazişləri üzrə indiyədək qaytarılan əsas borcun ümumi həcmi 142,8 mln. dollara bərabər olub: «Ötən il Yaponiyaya qaytarılan əsas borcun məbləği 24,9 mln. dollar təşkil edib».

Qeyd edək ki, əməkdaşlıq dövrü ərzində Yaponiya Azərbaycana ümumi məbləği 57,99 mln. dollar təşkil edən 20 qrant ayırıb. Qrant yardımları səhiyyə, təhsil, mədəniyyət, idman, nəqliyyat, kənd təsərrüfatı, elektroenergetika, suvarma və meliorasiya sahələrində layihələri əhatə edib və bütün layihələrin icrası başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR