Bank Of Baku

Beynəlxalq Valyuta Fondu Rumıniyaya 3,6 mlrd. avro kredit ayırıb

Beynəlxalq Valyuta Fondu Rumıniyaya 3,6 mlrd. avro kredit ayırıb
# 28 mart 2011 08:21 (UTC +04:00)
Bakı - APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) Rumıniyaya 3,6 mlrd. avro həcmində maliyyə yardımı ayırmağa razılaşıb.

APA-Economics”in “Agence France-Presse”yə istinadən xəbərinə görə, BVF bu ölkəyə bundan əvvəl razılaşdırılmış kredit xətti üzrə 1 mlrd. avro ayırmağa hazır olduğunu da bəyan edib.

Rumıniya hökuməti maliyyə yardımından elan etdiyi iqtisadi islahatların həyata keçirilməsində istifadə edə bilər. BVF-dən bildirildiyinə görə, Rumıniya kredit sorğusunda qeyd edib ki, söhbət ehtiyat tədbirlərdən gedir və hökumət vəsaitdən dərhal istifadə etmək niyyətində deyil.

Qeyd edək ki, Rumıniya qlobal iqtisadi böhrandan ən çox zərər çəkən ölkələrdən biridir. Bu səbəbdən Rumıniya bəzi beynəlxalq qurumlardan külli miqdarda kredit almaq məcburiyyətində qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR