Bank Of Baku

Apreldə «Kredit ittifaqları haqqında» qanuna əlavə və dəyişikliklərlə bağlı müzakirələr keçiriləcək

Apreldə «Kredit ittifaqları haqqında» qanuna əlavə və dəyişikliklərlə bağlı müzakirələr keçiriləcək
# 28 mart 2011 08:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin aprelin 18-də «Kredit ittifaqları haqqında» qanuna əlavə və dəyişikliklərlə bağlı hazırlanmış təkliflər layihəsi Azərbaycan Kredit İttifaqları Assosiasiyası (AKİA) və Azərbaycan Mərkəzi Bankı tərəfindən yenidən müzakirə olunacaq. Bunu «APA-Economics»ə açıqlamasında AKİA-nın İdarə Heyətinin sədri Elçin Bağırov bildirib.

E.Bağırovun sözlərinə görə, müzakirədə iştirak etmək üçün dəyişikliklərlə bağlı hazırlanmış müvafiq qanun layihəsinin işlənməsində iştirak etmiş Polşa Kredit İttifaqları Assosiasiyasının mütəxəssisi Pavel Djezi də dəvət olunub.

E.Bağırov bildirib ki, mövcud qanundakı boşluqların araşdırılması və sənədin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə AKİA «Kredit ittifaqları haqqında» qanunu Polşa Kredit İttifaqları Assosiasiyasına göndərib. Polşalı mütəxəssislər qanunla yaxından tanış olublar və təkmilləşdirmə ilə bağlı təkliflərini Azərbaycan tərəfinə təqdim ediblər.

Xatırladaq ki, AKİA 2003-cü ildən fəaliyyət göstərir. Azərbaycandakı 79 kredit ittifaqından 70-i qurumun üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR