Bank Of Baku

Asiya İnkişaf Bankının missiyası Azərbaycana gələcək

Asiya İnkişaf Bankının missiyası Azərbaycana gələcək
# 28 mart 2011 10:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Martın 30-da Asiya İnkişaf Bankının (AİB) Yoxsulluq Səviyyəsinin Azaldılması Yaponiya Fondunun (JFPR) Azərbaycan və Gürcüstan üzrə monitorinq və əlaqələndirici missiyası Bakıya gələcək.

AİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, missiyaya Fondun icraçı direktoru, Yaponiyanı təmsil edən AİB-in Direktorlar Şurasının üzvü Masakazu Sakaquçi (Masakazu Sakaguchi), maliyyə əməkdaşlığı üzrə baş mütəxəssis Kazuo Kojima (Kazuo Kojima) və məsləhətçi Ronaldo Oblepias (Ronaldo Oblepias) daxildir.

Aprelin 1-dək davam edəcək səfər çərçivəsində Fondun nümayəndələri JFPR-ın Azərbaycana göstərdiyi yardımın təsiri və nəticələrini öyrənəcək, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) maliyyələşdirdiyi layihələrin icrası ilə tanış olacaq. Bundan başqa, missiya Fondun qoşula biləcək layihələrə dair bir sıra görüşlərin keçirilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, sözügedən missiya martın 28-30-da Gürcüstanda səfərdə olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR