Bank Of Baku

Dünya Bankı Azərbaycana investisiyalarını artırıb

Dünya Bankı Azərbaycana investisiyalarını artırıb
# 28 mart 2011 10:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-fevral ayı ərzində Dünya Bankı (DB) tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyaların həcmi 30 994,8 min manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, DB tərəfindən yatırılan investisiyanın həcmi əvvəlki ilin analoji aylarına nisbətən 13,5% artıb. Hesabat dövründə xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş xarici investisiyanın həcmində DB-nin investisiyalarının xüsusi çəkisi 9,8% təşkil edib.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Hazırda bankın Azərbaycanda 18 layihə üzrə aktiv portfeli 2,2 mlrd. dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR