Bank Of Baku

Azərbaycanla Avropa İttifaqı arasında Assosiasiya Sazişi layihəsi üzrə növbəti danışıqlar mayda keçiriləcək

Azərbaycanla Avropa İttifaqı arasında Assosiasiya Sazişi layihəsi üzrə növbəti danışıqlar mayda keçiriləcək
# 28 mart 2011 11:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanla Avropa İttifaqı arasında Assosiasiya Sazişi layihəsi üzrə növbəti danışıqlar bu ilin may ayında Bakıda keçiriləcək.

Azərbaycan Hesablama Palatasından «APA-Economics»ə verilən məlumata görə, danışıqların aparılması məqsədi ilə sonuncu iclas bu ilin martın 18-də Brüsseldə keçirilib.

İşçi Qrupları çərçivəsində (WG3) Hesablama Palatasının nümayəndəsinin iştirakı ilə keçirilən iclasda Assosiasiya Sazişinin dövlət maliyyəsinin idarə olunması və maliyyə nəzarəti bölməsinə aid olan məsələlər müzakirə olunub.

İclasda həmçinin Avropa İttifaqı tərəfindən hazırlanmış sənədin layihəsinə dair fikir mübadiləsi aparılıb və sənədin yekun variantı barədə ümumi razılığa gəlinib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR