Bank Of Baku

Azərbaycan indiyədək İslam İnkişaf Bankından 604 mln. dollarlıq kredit alıb

Azərbaycan indiyədək İslam İnkişaf Bankından 604 mln. dollarlıq kredit alıb
# 28 mart 2011 14:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Son 19 il ərzində İslam İnkişaf Bankı (IDB) ilə Azərbaycan arasında 13 layihə üzrə ümumi həcmi 604,1 mln. ABŞ dolları olan 15 kredit sazişi imzalanıb ki, bunlardan 8 layihənin icrası başa çatıb, 5 layihənin icrası isə davam etdirilir.

Nazirlər Kabinetindən «APA-Economics»ə verilən məlumata görə, IDB tərəfindən ayrılan ümumi kreditlərdən 2011-ci il yanvarın 1-dək istifadə edilmiş vəsaitlərin həcmi 271,4 mln. dollar olub, bu isə Bank tərəfindən ayrılan kreditin ümumi məbləğinin 44,9%-ni təşkil edir: «Ötən il ərzində Azərbaycan IDB-nin 136,8 mln. dollar həcmində kreditdən istifadə edib. İmzalınmış kredit sazişləri üzrə cari ilin əvvəlinədək IDB-yə qaytarılmış əsas borcların ümumi məbləği 28,3 mln. dollar təşkil edib».

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən IDB-nin üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR