Bank Of Baku

Sabah Azərbaycan Sənaye Bankının yeni səhm emissiyasının yerləşdirilməsinə başlanacaq

Sabah Azərbaycan Sənaye Bankının yeni səhm emissiyasının yerləşdirilməsinə başlanacaq
# 28 mart 2011 15:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Martın 29-dan etibarən Bakı Fond Birjasında (BFB) «Azərbaycan Sənaye Bankı» ASC-nin səhmlərinin yerləşdirilməsinə başlanacaq.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 0,20 manat, sayı 9,430 mln. ədəd, emissiyanın ümumi həcmi isə 1,886 mln. manat təşkil edir.

«Azərbaycan Sənaye Bankı» ASC-nin səhmlərinin yerləşdirilməsində adderayter rolunda «Texnika Kapital Menecment» şirkəti çıxış edəcək. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, bankın nizamnamə kapitalı 8,5% artaraq 24 mln. manata çatacaq.

Xatırladaq ki, Azərbaycan Sənaye Bankı 1996-cı ildə «CI Bank» ASC kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. Cari ilin yanvarın 1-nə bankın aktivləri 129,950 mln. manat, depozit portfeli 97,248 mln. manat, kredit portfeli 72,039 mln. manat, məcmu kapitalı 25,908 mln. manata, o cümlədən nizamnamə kapitalı 22,114 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR