Bank Of Baku

«Bakı Sığorta» şirkətinin daxilolmaları ötən il 27% azalıb

«Bakı Sığorta» şirkətinin daxilolmaları ötən il 27% azalıb
# 29 mart 2011 09:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bakı Sığorta» ASC-nin 2010-cu ildə topladığı sığorta haqlarının həcmi 2,595 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin yekun göstəricisi ilə müqayisədə 27% azdır.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində şirkətin sığorta hadisələri üzrə ödənişlərinin həcmi 6,4% artaraq 1,586 mln. manata çatıb.

Ötən il ərzində «Bakı Sığorta» tərəfindən «Avtonəqliyyat vasitələrinin sığortası» növü üzrə 1,089 mln. manat, «Könüllü tibbi sığorta» növü üzrə 366,496 min manat, «Əmlak sığortası» üzrə 79,479 min manat və digər sığorta növləri üzrə 51,021 min manat həcmində sığorta ödənişi həyata keçirilib.

Qeyd edək ki, 2010-cu ildə bir sığorta hadisəsinə görə ən iri sığorta ödənişi nəqliyyat vasitələrinin sığortası üzrə olub və 40,806 min manat təşkil edib.

Xatırladaq ki, təsisçisi «Bank Respublika» ASC (51%) və digər yerli hüquqi və fiziki şəxslər olan «Bakı Sığorta» şirkəti 2007-ci ilin avqustundan fəaliyyət göstərir. Cari ilin yanvarın 1-nə şirkətin nizamnamə kapitalı 4,377 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR