Bank Of Baku

«Azlizinq» şirkəti lizinq bazarı fəallaşandan sonra fəaliyyətə başlayacaq

«Azlizinq» şirkəti lizinq bazarı fəallaşandan sonra fəaliyyətə başlayacaq
# 29 mart 2011 09:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Rabitabank» ASC-nin törəmə müəssisəsi olan «Azlizinq» şirkəti yaxın bir neçə il ərzində fəaliyyət göstərməyəcək. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədr müavini Elçin Qədimov bildirib.

E.Qədimovun sözlərinə görə, gələcəkdə ölkədə lizinq bazarı inkişaf edərsə, həmçinin bankın imkanları daha da genişlənərsə, bu məsələyə yenidən baxıla bilər: «Hazırda bu məsələ bankın cari planlarına daxil deyil. Şirkət sadəcə olaraq qeydiyyatdan keçirilib və bazarın aktiv fəaliyyəti üçün nəzərdə tutulub».

Qeyd edək ki, «Azlizinq» şirkəti «Rabitəbank» tərəfindən 2005-ci ilin may ayında təsis edilib. Şirkətin nizamnamə kapitalı 49 min manat təşkil edir.

«Rabitəbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvarın 1-nə bankın aktivləri 121,821 mln. manat, kredit portfeli 85,448 mln. manat, depozit portfeli 102,840 mln. manat, məcmu kapitalı 13,248 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,103 mln. manat təşkil edib. Bankın ölkə üzrə 20 filialı, 28 bankomatı və 138 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR