Bank Of Baku

Viktor Yanukoviç: “Bu il Ukraynada ÜDM-in artım göstəriciləri qitədə ən yaxşı göstəricilərdən biri ola bilər”

Viktor Yanukoviç: “Bu il Ukraynada ÜDM-in artım göstəriciləri qitədə ən yaxşı göstəricilərdən biri ola bilər”
# 29 mart 2011 10:53 (UTC +04:00)
Bakı - APA-Economics. Ukraynada ÜDM-in artım göstəriciləri 2011-ci ilin yekunlarına görə qitədə ən yaxşı göstəricilərdən biri ola bilər. “APA-Economics”in xəbərinə görə, bu bəyanatı Ukrayna prezidenti Viktor Yanukoviç səsləndirib.

Sinqapurda keçirilən Sinqapur-Ukrayna biznes-forumunda çıxış edən V.Yanukoviç bildirib ki, ekspertlərin proqnozları da bunu təsdiqləyir. Onun sözlərinə görə, bu ilin yanvar ayında Ukraynada ÜDM 6% artıb.

Prezident qeyd edib ki, son vaxtlar əcnəbi investorların Ukraynaya marağı getdikcə artır. O cümlədən 2010-cu ildə ölkəyə xarici investisiyaların həcmi 12,6% artıb ki, bunun da əsas hissəsi ilin ikinci yarısına təsadüf edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR