Bank Of Baku

Azərbaycan gömrükçüləri fevralda dövlət büdcəsinə köçürmələri 8% artırıb

Azərbaycan gömrükçüləri fevralda dövlət büdcəsinə köçürmələri 8% artırıb
# 29 mart 2011 12:14 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin fevral ayında Azərbaycanda gömrük orqanları tərəfindən dövlət büdcəsinə 70,289 mln. manat vəsait köçürülüb. Bu, ötən ilin fevralına nisbətən 7,96% çoxdur.

Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ay büdcəyə gömrük rüsumları şəklində 17,201 mln. manat, ƏDV şəklində 48,902 mln. manat vəsait köçürülüb. Fevralda aksizlər üzrə 3,327 mln. manat, yol vergisi kimi 0,860 mln. manat daxil olub.

Ümumilikdə, bu ilin ilk iki ayında gömrük orqanları büdcəyə 140,435 mln. manat həcmində vəsait köçürüb. Bu, ötən ilin yanvar-fevral aylarına nisbətən 7,77% artıqdır. Bunun 32,067 mln. manatı gömrük rüsumları, 101,162 mln. manatı ƏDV, 5,527 mln. manatı aksizlər, 1,679 mln. manatı yol vergisinin payına düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR