Bank Of Baku

Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankından aldığı kreditlərin 1/3-ni qaytarıb

Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankından aldığı kreditlərin 1/3-ni qaytarıb
# 29 mart 2011 13:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Son 19 il ərzində Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə Azərbaycan arasında dövlət sektorunda ümumi həcmi 479,45 mln. ABŞ dolları olan 8 layihə üzrə kredit sazişləri imzalanıb.

Nazirlər Kabinetindən «APA-Economics»ə verilən məlumata görə, bu layihələrdən 172,42 mln. dollar dəyərində 7 layihənin icrası başa çatıb, 307 mln. dollar məbləğində 1 layihənin («Azərbaycan» İstilik Elektrik Stansiyasının tikintisi) icrası isə hazırda davam etdirilir: «Cari ilin yanvarın 1-nə AYİB-in Azərbaycana ayırdığı kreditlərin 459,18 mln. dollarından istifadə olunub ki, bu da ümumi məbləğin 95%-ni təşkil edir. Nəzərdə tutulmuş qrafik üzrə AYİB-ə 159,5 mln. dollar qaytarılıb».

Bundan başqa, AYİB tərəfindən Azərbaycana 1992-2010-cu illər ərzində ümumi həcmi 25,811 mln. avro (34,431 mln. dollar) olan 117 qrant ayrılıb (əsasən maliyyə, sənaye, ticarət və aqrobiznes, energetika və infrastruktur sektorlarına), 22,131 mln. avro (29,523 mln. dollar) dəyərində 87 qrant layihəsinin həyata keçirilməsi başa çatdırılıb, 3,678 mln. avro (4,908 mln. dollar) dəyərində 30 qrant layihəsinin icrası isə davam etdirilir.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Bu günə kimi AYİB Azərbaycanda ümumi dəyəri 1,6 mlrd. ABŞ dolları olan 100-dən çox investisiya layihələrini imzalayıb. Bank əsas diqqətini dayanıqlı maliyyə sektorunun inkişaf etdirilməsinə, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsinə və qeyri-neft özəl sektorun inkişaf etdirilməsinə yetirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR