Bank Of Baku

«Qala Həyat» sığorta şirkətinin veb-saytı istifadəyə verilib

«Qala Həyat» sığorta şirkətinin veb-saytı istifadəyə verilib
# 29 mart 2011 13:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Qala Həyat» sığorta şirkətinin rəsmi veb-saytı istifadəyə verilib. Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, saytda şirkətin könüllü həyat sığortası növləri, həmçinin «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» növü haqqında geniş məlumat verilib.

Şirkət həmçinin müştərilərin rahatlığını təmin etmək məqsədi ilə saytda həyat sığortasının şərtləri, tarifləri ilə maraqlananlar üçün on-line məsləhət xidmətini də tətbiq edib.

Saytda müştərilərə göstərilən xidmətlərlə yanaşı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə bağlı qanunvericilik bazası yerləşdirilib.

Xatırladaq ki, «Qala Sığorta» şirkəti 2008-ci ildən fəaliyyət göstərir. Ötən ilin noyabrın 30-da şirkətin adı «Qala Həyat» sığorta şirkətinə dəyişib. Şirkətin təsisçiləri rolunda «AzRe» təkrarsığorta şirkəti (88%) və 1 fiziki şəxs (12%) çıxış edir. Şirkət 5 könüllü (həyat sığortası) və 5 icbari sığorta növləri üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR