Bank Of Baku

«Dəmirbank» Avropadan yeni iri kredit cəlb edir

«Dəmirbank» Avropadan yeni iri kredit cəlb edir
# 29 mart 2011 14:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Dəmirbank» ASC bu il ərzində Avropanın maliyyə qurumlarından 25 mln. ABŞ dolları həcmində subordinasiya olunmuş kredit cəlb etmək niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu bankın İdarə Heyətinin sədri Roman Əmircanov bildirib.

R.Əmircanovun sözlərinə görə, kreditin cəlb edilməsində aparıcı maliyyə təşkilatı kimi Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) çıxış edir: «Bu məbləğ bizim minimum gözləntimizdir. Ola bilsin ki, bu məbləğ artırılsın, çünki kredit ayıran maliyyə təşkilatlarının sayı artır».

R.Əmircanov bildirib ki, cəlb olunacaq kredit ölkədə xırda və kiçik sahibkarlıqla bağlı layihələrin maliyyələşdirilməsinə sərf ediləcək.

Xatırladaq ki, «Dəmirbank» ASC (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Cari ilin yanvarın 1-nə bankın aktivləri 340,381 mln. manat, depozit portfeli 145,828 mln. manat, kredit portfeli 246,172 mln. manat, məcmu kapitalı 48,838 mln. manat, o cümlədən nizamnamə kapitalı 20 mln. manat təşkil edib. Hazırda bankın 30 filialı, 50 bankomatı və 245 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR