Bank Of Baku

Bakıda pulların yuyulmasına qarşı mübarizəyə dair təlim keçirilir

Bakıda pulların yuyulmasına qarşı mübarizəyə dair təlim keçirilir
# 29 mart 2011 14:11 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin (MMX) və Beynəlxalq Valyuta Fondunun (BVF) birgə təşkilatçılığı ilə martın 28-dən aprelin 4-dək «Pulların yuyulması və aktivlərin izlənilməsi» mövzusunda təlim keçirilir. MMX-dən «APA-Economics»ə verilən məlumata görə, təlimdə Maliyyə Monitorinqi Xidməti, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə İdarəsi, Bakı şəhər Prokurorluğu, Vergilər Nazirliyinin əməkdaşları və hakimlər iştirak edirlər.

Təlimin keçirilməsi üçün BVF-nin dəstəyi ilə Bazel İdarəetmə İnstitutunun mütəxəssislərindən ibarət beynəlxalq ekspertlər qruppu cəlb edilib. Təlimdə beynəlxalq ekspertlər tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasının əlamətlərinin aşkar edilməsi, bu sahədə cinayət əməllərinin istintaqı və sübutetmə təcrübəsinin inkişaf etdirilməsi, qarşılıqlı hüquqi yardım, aktivlərin izlənilməsi və digər bu kimi mövzularda təqdimatların keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR