Bank Of Baku

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu son bir ildə 18% azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu son bir ildə 18% azalıb
# 29 mart 2011 14:18 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 102 ölkəsi ilə 4 717,083 mln. ABŞ dolları həcmində ticarət əməliyyatları aparıblar. «APA-Economics»in məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə ticarət əməliyyatlarının həcmi 23,70% artıb.

Hesabat dövründə xarici ölkələrə 3 389,589 mln. dollarlıq mal ixrac edilib ki, bu da ötən ilin eyni dövründən 9,2% artıqdır. İdxal isə 1 327,494 mln. dollar təşkil edib. Ötən ilin ilk iki ayı ilə müqayisədə bu il idxalın həcmi 87,15% artıb.

Yanvar-fevral aylarında idxal-ixrac əməliyyatları üzrə müsbət saldo 2 062,095 mln. dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə müsbət saldo 17,94% azalıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yanvar-fevral aylarında ölkədə 2 673 şəxs xarici iqtisadi fəaliyyətlə məşğul olub ki, bunlardan 890-ı fiziki şəxs, 1 783-ü hüquqi şəxs olub. Bunlardan 139-u dövlət sektorunda, 1 644-ü özəl sektorda fəaliyyət göstərən hüquqi şəxslərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR