Bank Of Baku

«Günay Sığorta» yeni səhm emissiyasının yerləşdirilməsinə başlayır

«Günay Sığorta» yeni səhm emissiyasının yerləşdirilməsinə başlayır
# 30 mart 2011 07:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Aprelin 1-dən etibarən Bakı Fond Birjasında (BFB) «Günay Sığorta» ASC-nin əlavə səhm emissiyasının yerləşdirilməsinə başlanacaq.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 000 manat, sayı 900 ədəd, emissiyanın ümumi həcmi isə 900 min manat təşkil edir.

«Günay Sığorta» ASC-nin səhmlərinin yerləşdirilməsində adderayter rolunda «Standard Kapital» şirkəti çıxış edəcək. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, şirkətin nizamnamə kapitalı 40,5% artaraq 3,122 mln. manata çatacaq.

Xatırladaq ki, «Günay Sığorta» şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkət əvvəllər xarici kapitallı yerli hüquqi şəxs formasında fəaliyyət göstərib. Belə ki, şirkətin nizamnamə kapitalının 51%-ni yerli, 49%-ni xarici kapital təşkil edib. Lakin nizamnamə kapitalında edilən dəyişikliyə əsasən, «Günay Sığorta» 100%-li yerli şirkətə çevrilib. Hazırda şirkətin səhmdarları sırasına «Günaybank» (34,62%) və iki yerli fiziki şəxs (65,38%) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR