Bank Of Baku

Yaponiyada vergilər artırıla bilər

Yaponiyada vergilər artırıla bilər
# 30 mart 2011 08:00 (UTC +04:00)
Bakı - APA-Economics. Yaponiya hökuməti zəlzələnin nəticələrini aradan qaldırmaq üçün ölkədə vergiləri artıra bilər. “APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu barədə Yaponiyanın baş naziri Naoto Kan açıqlama verib.

Onun sözlərinə görə, hökumət mənfəət vergisinin azaldılması planlarından da imtina edə bilər.

Vergilərin qaldırılması barədə sualı cavablandıran N.Kan bildirib ki, bütün mümkün variantların nəzərdən keçirilməsi vacibdir: “Söhbət vergi yükünün təcili artırılmasından getmir. Amma hökumət buna mümkün variantlardan biri kimi baxır”.

Maraqlıdır ki, əhali arasında keçirilən rəy sorğularının nəticələri yaponların 2/3 hissəsinin vergilərin artırılmasını dəstəklədiyini göstərir. Buna səbəb zəlzələnin nəticələrinin daha tez aradan qaldırılması və dağılmış infrastrukturun bərpasıdır. Zəlzələ Yaponiyanın infrastrukturuna rəsmi rəqəmlərə görə 300 mlrd. dollar zərər vurub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR