Bank Of Baku

Moskvada “Şəxsi kapitalın idarə edilməsi və Private Banking: Rusiya və MDB” mövzusunda konfrans keçirəcək

Moskvada “Şəxsi kapitalın idarə edilməsi və Private Banking: Rusiya və MDB” mövzusunda konfrans keçirəcək
# 30 mart 2011 08:22 (UTC +04:00)
Bakı - APA-Economics. Bu il aprelin 5-7-də Adam Smit Konfransı Moskvada “Şəxsi kapitalın idarə edilməsi və Private Banking: Rusiya və MDB” mövzusunda konfrans keçirəcək.

APA-Economics”in xəbərinə görə, artıq konfransda iştirak etmək üçün 150 nəfər qeydiyyatdan keçib. Onların əksəriyyəti Rusiya, Ukrayna, Azərbaycan, İsveçrə, Böyük Britaniya, Lüksemburq və Baltikyanı ölkələrdən olan bu sahənin peşəkarlarıdır.

Tədbirdə “M2M Private Bank”ın icraçı direktoru Robert İdelson, “RBS Coutts Bank”ın Şərqi və Mərkəzi Avropa üzrə baş vitse-prezidenti Marko Naumann, “Oracle Capital Group”un direktoru Roman Mixaylenko və departament rəhbəri Svetlana Ryabokon, eləcə də digər şəxslər çıxış edəcəklər.

Konfransda şəxsi kapitalın idarə edilməsi, aktivlərin idarə edilməsi üçün xidmət bazarının əsas seqment və məhsulları, Rusiyanın biznes-elitasının sərmayə qoyduğu əsas sahələr, müştəri cəlb etməyin və əldə saxlamağın əsas yolları, müxtəlif fərdi bank xidmətləri və s. mövzularda müzakirələr aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR