Bank Of Baku

“Western Union” Yaponiyaya pul köçürmələri üzrə komisyon haqqı ləğv edib

“Western Union” Yaponiyaya pul köçürmələri üzrə komisyon haqqı ləğv edib
# 30 mart 2011 09:12 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. “Western Union” beynəlxalq pul köçürmələri sistemi öz tərəfdaşları ilə birlikdə Yaponiyaya pul köçürmələri ilə bağlı “Komisyonsuz pul köçürmələri” aksiyasına başladığını elan edib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, aksiya müştərilərə 2011-ci ilin mart ayında Yaponiyada dağıdıcı zəlzələdən və sunamidən əziyyət çəkmiş qohumlarına və tanışlarına xidmət haqqı ödəmədən pul göndərmək imkanı verir.

Yaponiyaya komisyonsuz pul köçürmələrini 2011-ci il martın 17-dən aprelin 17-nə kimi həyata keçirmək olar. Müştərilər “Western Union” sisteminin “Komisyonsuz pul köçürmələri” proqramında iştirak edən bütün məntəqələri vasitəsilə pul köçürmələrini edə bilərlər.

“Western Union” və şirkətin tərəfdaşları Yaponiya xalqını bu çətin zamanda dəstəkləyirlər” - deyə şirkətin prezidenti və icraçı direktoru Hikmət Ersek qeyd edib. Bu həftə “Western Union” Fondu fəlakətdən əziyyət çəkmiş insanların yaşayış yeri, qida, su və dərmanlarla təmin edilməsi üçün xeyriyyə təşkilatı olan “Mercy Corps.” vasitəsilə “Peace Winds Japan” şirkətinə pul vəsaitləri göndərib. Bundan başqa, Western Union ABŞ-dakı müştərilərinin Yaponiyada fəlakətdən əziyyət çəkmiş insanlara pul göndərə bilməsi üçün xüsusi hesab açıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR