Bank Of Baku

İtaliya baş nazirinin illik gəlirinin miqdarı açıqlanıb

İtaliya baş nazirinin illik gəlirinin miqdarı açıqlanıb
# 30 mart 2011 09:33 (UTC +04:00)
Bakı - APA-Economics. İtaliyanın baş naziri Silvio Berluskoninin illik gəlirinin miqdarı açıqlanıb.

APA-Economics”in xəbərinə görə, baş nazir rüşvətxorluq ittihamları ilə bağlı Milanda keçirilən məhkəmə prosesinə qatılıb.

Məhkəmədə məlum olub ki, S.Berluskoni 2009-cu ildə 23 mln. avro maaş alıb. 2010-cu ildə isə bu rəqəm 40 mln. avroya qədər yüksəlib.

Qeyd edək ki, başı məhkəmə çəkişmələrindən açılmayan İtaliyanın baş naziri aprelin 6-da yenə hakim qarşısına çıxmalı olacaq. Bu dəfə o, 18 yaşı tamam olmayan azyaşlı qızlarla cinsi əlaqə ittihamına cavab verməli olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR