Bank Of Baku

Azərbaycanın Əbu-Dabidə keçirilən “Şəffaflıq, Cavabdehlik və Anti-korrupsiya” konfransında iştirak edir

Azərbaycanın Əbu-Dabidə keçirilən “Şəffaflıq, Cavabdehlik və Anti-korrupsiya” konfransında iştirak edir
# 30 mart 2011 10:38 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Martın 29-da Əbu-Dabi (BƏƏ) şəhərində “Şəffaflıq, Cavabdehlik və Anti-korrupsiya” mövzusunda “EUROSAI” və “ARABOSAI” təşkilatlarının birgə III Konfransı işə başlayıb.

APA-Economics”in məlumatına görə, iki gün davam edəcək konfransın sədri, BƏƏ-nin Dövlət Audit Ofisinin prezidenti Harib Amiminin dəvəti ilə konfransda Azərbaycan Hesablama Palatasının sədri Heydər Əsədov da iştirak edir.

Konfransda “EUROSAI” və “ARABOSAI” təşkilatları və onlara üzv ölkələrin ali audit qurumları (AAQ) arasında əlaqələrin möhkəmləndirilməsi, dövlət vəsaitlərindən daha səmərəli istifadə edilməsi məqsədilə şəffaflığın və cavabdehliyin yüksəldilməsində, habelə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsində əməkdaşlığın artırılması məsələləri də müzakirə edilir.

Konfrans iştirakçıları iqtisadi və maliyyə idarəetmə sistemlərinin effektiv fəaliyyət göstərmələrinə maneçilik törədən, bir sıra hallarda isə ciddi problemlər yaradan qeyri-şəffaflıq, zəif cavabdehlik və korrupsiyanın aradan qaldırılması istiqamətində mübarizədə əldə edilmiş qabaqcıl dünya təcrübəsi ilə tanış ediliblər. Bu kontekstdə konfransda məruzə edilən bəzi qurumların təqdimatları digər ölkələrin müvafiq təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsi üçün xüsusilə faydalı olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR