Bank Of Baku

«Moody’s» Azərbaycan Beynəlxalq Bankının reytinqi üzrə proqnozunu yaxşılaşdırıb

«Moody’s» Azərbaycan Beynəlxalq Bankının reytinqi üzrə proqnozunu yaxşılaşdırıb
# 30 mart 2011 10:50 (UTC +04:00)
Agentlikdən «APA-Economics»ə verilən məlumata görə, Bankın reytinqinin səviyyəsi Azərbaycanın suveren reytinqinin səviyyəsi ilə məhdudlaşdırılıb.

Bankın digər reytinqləri, o cümlədən xarici valyutada qısamüddətli depozitlərin reytinqi «Baa3/Prime-3», subordinasiya borcları reytinqi «Baa3/Ba1», maliyyə dayanıqlığı reyntinqi «E+» səviyyəsində təsdiqlənib.

Agentliyin şərhində deyilir ki, proqnozun yaxşılaşdırılmasına 2011-ci ilin martın 8-də Azərbaycanın suveren reytinqi üzrə proqnozun yüksəlməsi təsir edib, çünki ABB ölkədə yeganə bankdır ki, ölkə reytinqinin və ya onun proqnozunun dəyişdirilməsi onun qiymətləndirilməsinə birbaşa təsir edir.

Proqnozun yaxşılaşdırılması və ümumiyyətlə depozitlər üzrə reytinqlərin «Baa3/Ba2» səviyyəsində olması Bankın ehtiyac yarandığı halda ona dövlət tərəfindən zəruri dəstəyin göstərilməsi ilə izah olur, çünki ABB ölkənin bank sistemində aparıcı paya və ödəmə sistemində vacib rola malikdir.

Agentlik qeyd edir ki, səhmlərin 50,2%-i dövlətə məxsus olan ABB Azərbaycanın ən iri bankı təşkilatıdır və bu, bank sistemində aktivlər, kreditlər və depozitlər üzrə yüksək xüsusi çəkisi ilə təsdiqlənir. Belə ki, bu xüsusi çəkilər müvafiq olaraq 42%, 42% və 36% təşkil edir. Onun strateji mövqe tutması hökumətə bank sektorunda və iqtisadiyyatda dövlət investisiya siyasətini həyata keçirməsinə imkan verir və bank bu proseslərdə, o cümlədən irimiqyaslı layihələrdə hökumətin agenti kimi çıxış edir.

«Moody’s»in hesablamalarına görə, ABB-də vaxtı keçmiş kreditlərin (90 gündən artıq ödənilməyən kreditlər) kredit portfelində xüsusi çəkisi 14,4%-ə bərabərdir, lakin 2011-ci ildə bu göstəricinin azalması gözlənilir. Agentlik vurğulayır ki, Bankın kapitallaşması hələ də aşağı səviyyədədir, kapitalın adekvatlığı əmsalı 10,7% təşkil edir. Lakin hətta bu göstərici Bankın mümkün ola biləcək itkilərin ödənilməsi üçün yetərlidir.

Qeyd edək ki, Agentiliyin şərhinə görə, reytinqlər üzrə mənfi addımların atılması Bankda dövlətin payı azalacağı təqdirdə baş verə bilərdi, çünki bu halda onun dəstək almaq imkanları kəskin azala bilər və hətta hazırda tutduğu mövqeləri itirməsinə səbəb ola bilər.

«Moody’s» tərəfindən Azərbaycan Beynəlxalq Bankı üzrə son reytinq addımları 2010-cu ilin avqustun 10-da baş verib və həmin vaxt proqnoz «neqativ»dən «sabit»ə yaxşılaşdırılıb və mövcud reytinqlər təsdiqlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR