Bank Of Baku

Asiya İnkişaf Bankının qiymətləndirmə missiyası Azərbaycana gəlib

Asiya İnkişaf Bankının qiymətləndirmə missiyası Azərbaycana gəlib
# 30 mart 2011 11:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Asiya İnkişaf Bankının (AİB) Yoxsulluq Səviyyəsinin Azaldılması Yaponiya Fondunun (JFPR) Azərbaycan və Gürcüstan üzrə monitorinq və əlaqələndirici missiyası Bakıya gəlib.

AİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, missiyaya Fondun icraçı direktoru, Yaponiyanı təmsil edən AİB-in Direktorlar Şurasının üzvü Masakazu Sakaquçi (Masakazu Sakaguchi), maliyyə əməkdaşlığı üzrə baş mütəxəssis Kazuo Kojima (Kazuo Kojima) və məsləhətçi Ronaldo Oblepias (Ronaldo Oblepias) daxildir.

İki gün davam edəcək səfər çərçivəsində Fondun nümayəndələri JFPR-in Azərbaycana göstərdiyi yardımın təsiri və nəticələrini öyrənəcək, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) maliyyələşdirdiyi layihələrin icrası ilə tanış olacaqlar. Bundan başqa, Fondun qoşula biləcəyi layihələrə dair bir sıra görüşlərin keçirilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, sözügedən missiya martın 28-30-da Gürcüstanda səfərdə olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR