Bank Of Baku

«Finance Leasing»in yeni istiqraz emissiyasına hazırlaşır

«Finance Leasing»in yeni istiqraz emissiyasına hazırlaşır
# 30 mart 2011 11:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən «Finance Leasing» ASC-nin təmin edilməmiş, faizli adlı sənədsiz istiqrazlarının yeni emissiyası qeydiyyata alınıb. Emissiya prospektinə əsasən, istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında (BFB) keçirəcək.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, istiqrazların hər birinin nominal dəyəri 500 manat, sayı 1 200 ədəd, emissiyanın ümumi həcmi 600 min manat təşkil edir. İstiqrazların tədavül müddəti 720 gün, gəlirliyi illik 14%, faiz ödəniş dövrünün müddəti 90 gün təşkil edir.

İstiqrazların yerləşdirilməsində anderrayter rolunda «Texnika Kapital Menecment» MMC çıxış edir.

Qeyd edək ki, bu, şirkətin ilk istiqrazlar buraxılışı deyil. Belə ki, 2011-ci ilin fevralında «Finance Leasing»in 400 min manat həcmində istiqrazlarının emissiya prospekti qeydiyyata alınıb. Bundan əvvəl, 2010-cu ilin dekabrında eyni miqdarda daha bir emissiya qeydiyyata alınıb. Bundan başqa, 2009-cu ilin oktyabrında ümumi həcmi 600 min manat təşkil edən istiqraz emissiyası qeydiyyata alınıb. Bundan əvvəl isə hər ikisinin həcmi 600 min manat olan daha iki istiqraz emissiyası dövriyyəyə buraxılıb.

Xatırladaq ki, «Finance Leasing» ASC 2007-ci ilin mart ayında yerli 16 fiziki şəxs tərəfindən təsis olunub. Hazırda şirkətin nizamnamə kapitalı 1,2 mln. manat təşkil edir. Şirkətin Müşahidə Şurasına Zakir Zeynalov (Müşahidə Şurasının sədri, emitentdən kənarda heç bir vəzifə tutmur), Mobil Şərifov (Müşahidə Şurasının üzvü, «ADA Group»un baş icraçı direktoru) və Zülfüqar Niftiyev (Müşahidə Şurasının üzvü, Azərbaycan Beynəlxalq Bankı Quba filialının müdiri) daxildir. Emitentin İdarə Heyətinin sədri isə emitentdən kənarda heç bir vəzifə tutmayan Mikayıl Məmmədovdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR