Bank Of Baku

İslam İnkişaf Bankı Azərbaycana sərmayələrini artırıb

İslam İnkişaf Bankı Azərbaycana sərmayələrini artırıb
# 30 mart 2011 12:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral ayları ərzində İslam İnkişaf Bankı (IDB) tərəfindən Azərbaycanın əsas kapitalına yönəldilmiş investisiyaların həcmi 704,2 min manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, IDB tərəfindən yatırılan investisiyanın həcmi ötən ilin müvafiq aylarına nisbətən 4,3% çoxalıb. Hesabat aylarında xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş xarici investisiyanın strukturunda IDB-nin investisiyalarının xüsusi çəkisi 0,2% təşkil edib.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən IDB-nin üzvüdür. Bu müddət ərzində Bankla Azərbaycan arasında 13 layihə üzrə ümumi həcmi 604,1 mln. ABŞ dolları olan 15 kredit sazişi imzalanıb, bunlardan 8 layihənin icrası başa çatıb, 5 layihənin icrası isə davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR