Bank Of Baku

Azərbaycanda ötən il bağlanmış audit müqavilələrinin sayı 18%, məbləği isə 6% azalıb

Azərbaycanda ötən il bağlanmış audit müqavilələrinin sayı 18%, məbləği isə 6% azalıb
# 30 mart 2011 12:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Auditorlar Palatası 2010-cu il üzrə fəaliyyətinin yekunlarina dair hesabatını açıqlayıb. Palatadan «APA-Economics»ə verilən məlumata görə, ötən il ərzində 14 fiziki şəxsə və 9 hüquqi şəxsə auditor xidməti göstərmək üçün lisenziya verilib, o cümlədən 12 fiziki şəxsin və 3 audit təşkilatının lisenziyasının vaxtı uzadılıb.

Hesabat ilində 40 sərbəst auditor, 48 audit təşkilatı (o cümlədən, 4 xarici audit təşkilatının filialı (və ya nümayəndəliyi) və 3 xarici investisiyalı audit təşkilatı) tərəfindən Auditorlar Palatasına öz fəaliyyətlərinə dair hesabatları təqdim edilib. Təqdim edilmiş hesabatlara əsasən müəyyən edilib ki, 2010-cu ildə təsərrüfat subyektləri ilə 30,902 mln. manat məbləğində 3 530 müqavilə bağlanılıb. Həmin müqavilələrin 9,832 mln. manatlıq 629 müqavilə ilin əvvəlinə qalıq kimi, 21,296 mln. manatlıq 2 902 müqavilə isə hesabat dövründə bağlanıb.

Bağlanmış müqavilələrin xüsusi çəkisi xarici audit təşkilatlarının filial və ya nümayəndəlikləri üzrə sayına görə 6,1%, məbləğinə görə 36,7%, xarici investisiyalı audit təşkilatları üzrə sayına görə 6,5%, məbləğinə görə 30,8%, yerli audit təşkilatları üzrə sayına görə 39,6%, məbləğinə görə 26,7%, sərbəst auditorlar üzrə sayına görə 47,8%, məbləğinə görə 5,8% təşkil edib.

Hesabatda bildirilir ki, 2009-cu il ilə müqayisədə 2010-cu ildə bağlanmış müqavilələrin sayı 791 ədəd və ya 18,3%, məbləği isə 1,820 mln. manat və ya 5,6% azalıb. Ötən il ərzində bağlanmış müqavilələrdən 2,554 mln. manatlıq 2 831 müqavilə yerinə yetirilib.

Qeyd edək ki, əvvəlki illə müqayisədə ötən il yerinə yetirilmiş müqavilələrin sayı 921 ədəd və ya 24,5% azalıb, məbləği isə 1,881 mln. manat və ya 7,4% artıb. Nəticədə, orta məbləğ 6 305 manatdan 9 020 manata qədər - 43,1% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR