Bank Of Baku

Son 17 ildə KfW ilə Azərbaycan arasında 140 mln. avro dəyərində kredit müqavilələri bağlanıb

Son 17 ildə KfW ilə Azərbaycan arasında 140 mln. avro dəyərində kredit müqavilələri bağlanıb
# 30 mart 2011 13:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Son 17 il ərzində Almaniya İnkişaf Bankı (KfW) ilə Azərbaycan arasında ümumilikdə 138,7 mln. avro həcmində kreditlərin ayrılmasına dair 10 maliyyələşdirmə müqaviləsi imzalanıb.

Nazirlər Kabinetindən «APA-Economics»ə verilən məlumata görə, bundan 71,4 mln. avro dəyərində 8 layihənin həyata keçirilməsi başa çatıb, 2 layihə isə hazırda icra olunur: «Cari ilin əvvəlinə KfW tərəfindən ayrılmış kreditlərin 70,5 mln. avrosu istifadə olunub ki, bu da ümumilikdə imzalanmış kredit sazişlərinə əsasən ayrılan 138,7 mln. avronun 50,8%-nə bərabərdir. İlin əvvəlinə qaytarılan kreditlərin həcmi 7,9 mln. avro təşkil edib».

Qeyd edək ki, Azərbaycan 1994-cü ildən KfW Bankı ilə əməkdaşlıq edir. Bankın Azərbaycandakı fəaliyyətinin strateji istiqamətlərinə enerji, su və digər növ infrastrukturun bərpası, maliyyə və bank sektorunun inkişafının dəstəklənməsi, özəl sektor, səhiyyə, ətraf mühit və s. sahələr daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR