Bank Of Baku

«Access Bank» «Azərbaycanın ən yaxşı bankı» adına layiq görüb

«Access Bank» «Azərbaycanın ən yaxşı bankı» adına layiq görüb
# 30 mart 2011 14:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Global Finance» jurnalı «Access Bank» QSC-ni «Dünyanın inkişaf edən bazarlarının ən yaxşı bankı (Asiya regionu üzrə)» nominasiyasında «Azərbaycanın ən yaxşı bankı» adına layiq görüb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bank sektoru üzrə analitiklər, korporasiya rəhbərləri və bank məsləhətçilərinin köməyi ilə jurnalın redaktorları regionun inkişaf edən bazarlarında və 20 ölkə arasında ən yaxşı bankı seçiblər. Qalibin seçim meyarları aktivlərin artımının qiymətləndirilməsinə, gəlirlilik səviyyəsinə, strateji əlaqələrin mövcudluğuna, müştəri xidmətlərinin yüksək keyfiyyətinə, qiymətlərin rəqabət qabiliyyətinə və məhsulların innovasiya amillərinə əsaslanıb.

Xatırladaq ki, «Access Bank» QSC 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabrında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir. Bankın ölkə üzrə 26 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR