Tədiyə balansının cari əməliyyatlar hesabında 15 mlrd. dollarлыг profisit yaranıб, o cümlədən neft-qaz sektoru üzrə cari hesabın profisiti 19,9 mlrd. dollar тяшкил едиб. Bu profisit qeyri-neft sektoru üzrə cari hesabın 4,8 mlrd. dollar məbləğində kəsirini tam ödəməyə imkan verib.
Tədiyə balansının əsas göstəriciləri
(mln. USD)
| 2009-cu il | 2010-cu il |
I.Cari əməliyyatlar II.Kapitalın və maliyyənin III.Tədiyə balansının | ||
Ötən il ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi 33,2 mlrd. dollar təşkil edib və, göründüyü kimi, xarici ticarət balansı 19,7 mlrd. dollar məbləğində müsbət saldo ilə nəticələnib. Bu müddət ərzində Azərbaycan dünyanın 150-dək dövləti ilə ticarət əməkdaşlığı aparıb. Xarici ticarət dövriyyəsinin 12%-i MDB üzvü olan dövlətlərin, 88%-i isə digər xarici dövlətlərin payına düşür.
Tədiyə balansına əsasən, hesabat dövründə əmtəə ixracı 26,5 mlrd. dollar təşkil edib. İxrac olunmuş malların strukturunda neft-qaz məhsullarının payı 94,9% olub. Xarici dövlətlərə 23,8 mlrd. dollarlıq neft məhsulları ixrac olunub, bunun 1 571,5 mln. dolları bilavasitə neft məhsulları, 22,3 mlrd. dolları isə xam neftin payına düşüb. İxrac olunmuş xam neftin 21 mlrd. dolları Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən hasil olunmuş neftin ümumi dəyəridir. İxrac olunmuş ümumi xam neftin 1,3 mlrd. dolları isə digər müəssisələr tərəfindən xaricə göndərilib ki, bunun da 126,3 mln. dolları «Şahdəniz» yatağından hasil edilmiş kondensatın, 1 162,5 mln. dolları isə Azərbaycan Dövlət Neft Şirkətinin payına düşüb.
Qeyd edək ki, 2010-cu ildə ölkənin qeyri-neft ixracı 20% artaraq 1,4 mlrd. dollar təşkil edib.
(mln. doll.)
İxracın strukturu | ||
| 2009-cu il | 2010-cu il |
Yanacaq-xammal məhsulları | 20 217,3 | 25 398,6 |
- neft-qaz məhsulları | 19 969,3 | 25 107,5 |
-digər xammal | 247,8 | 291,1 |
Maşın və avadanlıq | 257,0 | 336,1 |
İstehlak malları | 594,3 | 725,6 |
Digər mallar | 28,2 | 15,7 |
İxrac cəmi | 21 096,8 | 26 476,0 |
Hesabat dövrü Azərbaycanın əmtəə idxalının ümumi dəyəri 6,746 mlrd. dollar təşkil edib. İstehlak malların idxalının ümumi dəyəri 2 954,3 mln. dollar olub ki, bunun da 1 050,4 mln. dolları ərzaq məhsullarının payına düşür:
(mln. doll.)
İdxalın strukturu | ||
| 2009-cu il | 2010-cu il |
İstehlak malları | 2 587,0 | 2 954,3 |
- ərzaq məhsulları | 826,7 | 1 050,4 |
- qeyri-ərzaq məhsulları | 1 760,3 | 1 903,9 |
İnvestisiya yönümlü mallar | 773,3 | 689,0 |
Digər mallar | 3 153,6 | 3 102,3 |
İdxal cəmi | 6 513,9 | 6 745,6 |
Mərkəzi Bankın hesablamalarına görə, idxalın strukturunda xüsusi çəkisi 10,2% təşkil edən xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və bunun 81,1%-ni beynəlxalq neft-qaz kontraktları çərçivəsində istifadə olunmuş investisiyalar hesabına idxal edilən mallar təşkil edir. Bundan başqa ölkəyə ümumi məbləği 3 102,3 mln. dollar olan istehsal təyinatlı maşın-avadanlıq, kimya, qara və əlvan metal məhsulları da gətirilib.