Bank Of Baku

«Dəmirbank» nizamnamə kapitalını artırmağa hazırlaşır

«Dəmirbank» nizamnamə kapitalını artırmağa hazırlaşır
# 30 mart 2011 15:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Dəmirbank» ASC 2011-ci il ərzində nizamnamə kapitalını 5% artıraraq 21 mln. manata çatdırmaq niyyətindədir. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri Roman Əmircanov bildirib.

R.Əmircanovun sözlərinə görə, nizamnamə kapitalının artırılması bankın bu ilin birinci yarısında əldə edəcəyi mənfəət hesabına həyata keçiriləcək: «Bu il ərzində minimum əlavə səhm emissiyası 1 mln. manat həcmində olacaq. Lakin bu məbləğ daha da artırıla bilər. Bu, səhmdarların qərarından asılı olacaq».

R.Əmircanov həmçinin bildirib ki, 2011-ci ilin I rübündə bankın mənfəətinin 300 min manatdan çox olacağı gözlənilir.

Xatırladaq ki, «Dəmirbank» ASC (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Cari ilin yanvarın 1-nə bankın aktivləri 340,381 mln. manat, depozit portfeli 145,828 mln. manat, kredit portfeli 246,172 mln. manat, məcmu kapitalı 48,838 mln. manat, o cümlədən nizamnamə kapitalı 20 mln. manat təşkil edib. Hazırda bankın 30 filialı, 50 bankomatı və 245 POS-terminalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR