Bank Of Baku

Azərbaycan Sənaye Bankı ölkədə ilk dəfə virtual kredit xidməti tətbiq edib

Azərbaycan Sənaye Bankı ölkədə ilk dəfə virtual kredit xidməti tətbiq edib
# 30 mart 2011 15:39 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanda ilk dəfə olaraq virtual istehlak krediti xidməti tətbiq edilib. “APA-Economics”in xəbərinə görə, bu, Azərbaycan Sənaye Bankı (ASB) və “BestComp” şirkətinin tətbiq etdiyi yeni xidmət sayəsində mümkün olub.

Yenilik nəticəsində www.bestel.az saytından kompyuter, kompyuter aksessuarları, televizor və digər elektron avadanlıqların satın alınması zamanı malların pulunu artıq sayt üzərindəki ASB-nin virtual filialına kredit müraciəti edərək həyata keçirmək mümkündür.

Belə ki, məhsulu almaq istəyən müştərilər əvvəlcə www.bestel.az veb səhifəsində qeydiyyatdan keçərək istifadəçi adı və şifrə alırlar. Daha sonra istifadəçi adı və şifrə ilə daxil olduqları hesabları vasitəsilə seçdikləri malları satın almaq üçün səbətə əlavə edirlər. Müştərilər satın alınacaq malların seçimi əsnasında ASB-dən kredit götürəcəkləri təqdirdə ayda nə qədər ödəniş edəcəklərini cədvəl formasında görə bilərlər. Buna əlavə olaraq müştərilər kredit müraciəti etmək istədikləri ASB filialını da sayt üzərindən öz istəklərinə uyğun seçə biləcəklər.

Bu yeniliklə bərabər, kreditlə məhsul almaq istəyən müştərilər mağazaya gəlmədən satın almaq istədikləri malı www.bestel.az-dan seçərək, banka gəlmədən ASB-nin virtual filialından kredit müraciətlərini edə biləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR