Bank Of Baku

Azərbaycan Asiya İnkişaf Bankının ayırdığı kreditlərin 24%-ni istifadə edib

Azərbaycan Asiya İnkişaf Bankının ayırdığı kreditlərin 24%-ni istifadə edib
# 31 mart 2011 07:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Son 12 il ərzində Asiya İnkişaf Bankı (AİB) ilə Azərbaycan arasında 7 layihə üzrə ümumi həcmi 597 mln. ABŞ dolları olan 10 saziş imzalanıb ki, bunlardan 1 layihənin icrası başa çatıb, 6 layihənin həyata keçirilməsi isə davam etdirilir.

Nazirlər Kabinetindən «APA-Economics»ə verilən məlumata görə, AİB tərəfindən ayrılan kreditlər avtomobil yollarının tikintisi, kiçik şəhərlərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, elektroenergetika, meliorasiya və selə qarşı tədbirlər sahələrini əhatə edir: «Başa çatan layihə üzrə (Selə Qarşı Tədbirlər) istifadə edilmiş kreditin ümumi məbləği 23,13 mln. dollar olub, icrada olan layihələrin ümumi məbləği isə 573,4 mln. dollar təşkil edib».

AİB-lə imzalanmış kredit sazişləri üzrə 2011-ci ilin əvvəlinə istifadə edilmiş vəsaitlərin cəmi 144,4 mln. dollar olub, bu isə Bank tərəfindən ayrılan ümumi məbləğin 24,2%-nə bərabərdir: «AİB tərəfindən ayrılmış ümumi kreditdən 2010-cu ildə istifadə edilmiş məbləğ 47 mln. dollar olub».

Qeyd edək ki, Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Hazırda AİB-in Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) çərçivəsində Azərbaycanda Yevlax-Gəncə və Qazax-Gürcüstan sərhədi avtomobil yollarının reabilitasiya və genişləndirilməsi, Dəmir Yolu Ticarəti və Daşımalara Dəstək layihələri, habelə «Şəhər su təchizatı və kanalizasiya Layihəsi», «Elektrik enerjisinin ötürülməsi sisteminin yaxşılaşdırılması Layihəsi», Gəncə dairəvi avtomobil yolunun tikintisini və digər layihələr maliyyələşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR