Bank Of Baku

Hindistanın Azərbaycandakı səfiri: “İki ölkə arasında ticarət dövriyyəsi Azərbaycanın xeyrinə inkişaf edir”

Hindistanın Azərbaycandakı səfiri: “İki ölkə arasında ticarət dövriyyəsi Azərbaycanın xeyrinə inkişaf edir”
# 31 mart 2011 07:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanla Hindistan arasında ticarət dövriyyəsinin həcmi artmaqda davam edir. “APA-Economics”in xəbərinə görə, bu barədə Hindistanın Azərbaycandakı səfiri Debnat Şau bildirib.

Onun sözlərinə görə, 2005-2006-cı illərdə iki ölkə arasında ticarət dövriyyəsi 50 mln. dollar təşkil edirdisə, 2010-cu ildə bu rəqəm 340 mln. dollara çatıb.

Səfir qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsi əsasən Azərbaycanın xeyrinə inkişaf edir: “Hindistandan Azərbaycana ixrac olunan məhsulların həcmi ildə 30-50 mln. dollar təşkil edir. Bununla belə, Hindistan Azərbaycana ixracı artırmaq niyyətindədir”.

D.şau bildirib ki, Hindistanın Azərbaycandan idxal etdiyi məhsulun əsas hissəsini xam neft təşkil edir: “Bakı-Tiflis-Ceyhan neft kəməri işə düşəndən sonra Hindistanın emal zavodları Azərbaycan neftini idxal edir. Hindistanın iqtisadiyyatı Azərbaycanın iqtisadiyyatı kimi dinamik inkişaf edir. Bu da iki ölkə arasında əlaqələri inkişaf etdirməyə imkan yaradacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR