Bank Of Baku

«Dəmirbank» filial şəbəkəsini genişləndirir

«Dəmirbank» filial şəbəkəsini genişləndirir
# 31 mart 2011 08:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Dəmirbank» ASC bu il ərzində regionda yeni bir filial və bir şöbə açmaq niyyətindədir. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri Roman Əmircanov bildirib.

R.Əmircanovun sözlərinə görə, bankın bu məsələlər yeni təsdiqlənmiş Strateji Planında əksini tapıb: «Həmçinin, strategiyada bankın depozit və kredit portfelinin genişləndirilməsi, eyni zamanda beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlığın daha sıx şəkildə qurulması nəzərdə tutulub».

Xatırladaq ki, «Dəmirbank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Cari ilin yanvarın 1-nə bankın aktivləri 340,381 mln. manat, depozit portfeli 145,828 mln. manat, kredit portfeli 246,172 mln. manat, məcmu kapitalı 48,838 mln. manat, o cümlədən nizamnamə kapitalı 20 mln. manat təşkil edib. Hazırda bankın 30 filialı, 50 bankomatı və 245 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR