Bank Of Baku

Bu ilin sonunda Bakıda Azərbaycan-Hindistan hökumətlərarası komissiyanın iclası keçiriləcək

Bu ilin sonunda Bakıda Azərbaycan-Hindistan hökumətlərarası komissiyanın iclası keçiriləcək
# 31 mart 2011 10:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin sonunda Bakıda Azərbaycan-Hindistan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçiriləcək. Bu barədə “APA-Economics”ə Hindistanın Azərbaycandakı səfiri Debnat Şau məlumat verib.

Səfirin sözlərinə görə, Hindistan Azərbaycanla 1992-ci ildən əməkdaşlıq edir və iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın ilk iclası 2009-cu ildə Dehlidə keçirilib: “Azərbaycan-Hindistan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasının bu ilin sonuna yaxın Bakıda keçirilməsi planlaşdırılıb”.

Qeyd edək ki, Azərbaycan tərəfindən komissiyanın həmsədri ölkənin ekologiya və təbii sərvətlər naziri, Hindistan tərəfindən isə kommersiya və ticarət naziridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR