Bank Of Baku

Azərbaycanın cari transfertlər üzrə müsbət saldosu 30% azalıb

Azərbaycanın cari transfertlər üzrə müsbət saldosu 30% azalıb
# 31 mart 2011 10:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın tədiyə balansında əks olunan cari transfertlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 2010-cu il ərzində 2,3 mlrd. ABŞ dolları təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu məbləğin 1 420,5 mln. dolları və ya 60,9%-i ölkəyə daxilolmaların payına düşüb.

Cari transfertlər üzrə ümumi daxilolmaların 94,2%-ni xarici ölkələrdən fiziki şəxslərə köçürülən pul baratları, 2,3%-ni ölkəyə gətirilən humanitar mallar, 3,5%-ni isə digər daxilolmalar təşkil edib.

Bütövlükdə, cari transfertlər üzrə əməliyyatların müsbət saldosu 509,1 mln. dollar təşkil edib ki, bu da ötən ilə nisbətən 29,5% azdır. Eyni zamanda, ölkəyə transfertlərin həcmi 2009-cu ilə nisbətən 9,9%, ölkədən transfertlər isə 59,7% artıb. Göründüyü kimi, saldonun azalması Azərbaycandan həyata keçirilən transfertlərin kəskin artması ilə bağlıdır, bu da öz növbəsində Azərbaycanın əmək miqrantları üçün cəlbedici ölkəyə çevrilməsindən də xəbər verir. Qeyd edək ki, Azərbaycanda tikinti sektoru, pərakəndə ticarət və digər sahələrin inkişafı, xarici ölkələrdən fərqli olaraq böhranın təsirinin daha az hiss olunması nəticəsində ölkəyə əmək miqrantlarının axını artıb ki, bu da ölkədən xaricə həyata keçirilən köçürmələrin artmasının ilkin səbəbidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR