Bank Of Baku

«Başak İnam» sığorta şirkəti yeni kampaniya keçirir

«Başak İnam» sığorta şirkəti yeni kampaniya keçirir
# 31 mart 2011 11:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Başak İnam» sığorta şirkəti «Yol əhvalatı» adlı hekayə müsabiqəsinə start verib. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədrinin köməkçisi Hikmət Allahverdi bildirib.

H.Allahverdinin sözlərinə görə, aprelin 30-dək davam edəcək müsabiqə «Facebook» sosial şəbəkəsi üzərindən təqdim edilib. Müsabiqənin qalibləri müxtəlif hədiyyələrlə (I yer - netbuk, II yer - rəqəmsal fotoaparat, III yer - MP3 pleyeri) mükafatlandırılacaq: «Şirkətin əsas məqsədi öz xidmətlərini geniş auditoriyaya tanıtmaq, yeni müştərilər qazanmaq və mövcud müştərilərin xidmətlərə bağlılığını gücləndirməkdir».

H.Allahverdi bildirib ki, müsabiqənin 1 Qran Prisi də olacaq. Qran Prinin qalibini şirkət özü seçəcək və bu hekayəyə uyğun video çarx çəkiləcək. Ən əsası isə odur ki, hekayənin müəllifi bu filmdə baş rola çəkilmək şansı qazanacaq.

Qeyd edək ki, səhmdarları Fransanın Groupama (49%), «Turanbank» ASC (15%), «Azər-Türk Bank» (10%), «Aqrarkredit» bank olmayan kredit təşkilatı (1,2%) və fiziki şəxslər (24,8%) olan «Başak İnam» sığorta şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 3,2 mln. manat təşkil edir. Şirkət müştərilərə 4 icbari və 27 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR