Bank Of Baku

ABŞ-ın bəzi ştatları dollardan imtina etmək istəyir

ABŞ-ın bəzi ştatları dollardan imtina etmək istəyir
# 31 mart 2011 11:45 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. ABŞ-ın 10-dan artıq ştatı qızılı və gümüşün qanuni ödəniş vasitəsinə çevrilməsini tələb edir. “APA-Economics”in Almaniyanın “Spiegel-Online” nəşrinə istinadən məlumatına görə, ABŞ-da dollara münasibət getdikcə pisləşir.

Artıq ABŞ ştatlarının 1/4-də - 13 ştatda qızıl və gümüşü qanuni ödəniş vasitəsinə, yəni dollara rəqibə çevirmək imkanına baxılır. Bu sahədə ən ciddi addımlar Yuta ştatında atılıb. Ştatın parlamentində qəbul olunmuş qanuna əsasən, qızıl və gümüş qanuni ödəmə vasitəsi elan edilib. Doğrudur, hələlik onun qüvvəyə minməsi üçün respublikaçı-qubernator Harri Herbertin imzası tələb olunur.

«Spiegel» bunu dünyanın ən qüdrətli mərkəzi bankına (yəni ABŞ Federal Ehtiyatlar Sisteminə) zərbə hesab edir. Jurnal bunun səbəbini insanların inflyasiyadan çəkinməsi və Vaşinqtonun siyasətindən narazılıqla izah edir.

Amerikada «qızıl standartı»na qayıtmağı konqresmen Ron Pol da təklif edir. Onun artıq Konqresə təqdim etdiyi qanun layihəsində dolların vahid ödəniş vasitəsi kimi tətbiqinin aradan qaldırılması və özəl sikkə evlərinin leqallaşdırılması nəzərdə tutulub. Konqresmenin fikrincə, bu addım ABŞ hökumətini məcbur edəcək ki, dolların dəyərdən düşməsinə nəzarəti gücləndirsin.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR