Bank Of Baku

Azərbaycan xarici ölkələrin neft-qaz sektoruna investisiyalarını artırıb

Azərbaycan xarici ölkələrin neft-qaz sektoruna investisiyalarını artırıb
# 31 mart 2011 12:07 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, xaricdən cəlb edilmiş birbaşa investisiyaların həcmi 3,351 mlrd. dollar, xaricə yönəldilən investisiyalar isə 3,022 mlrd. dollar olub.

Eyni zamanda, neft-qaz sektoru üzrə birbaşa investisiyalarda mənfi saldo yaranıb. Belə ki, 2010-cu ildə Azərbaycanın neft-qaz sektoruna cəlb edilən birbaşa investisiyaların həcmi 2,573 mlrd. dollar, Azərbaycanın xarici ölkələrin neft-qaz sektoruna yönəltdiyi birbaşa investisiyaların həcmi isə 2,822 mlrd. dollar təşkil edib. Nəticədə, 248,7 mln. dollar məbləğində mənfi saldo yaranıb. Qeyd edək ki, saldonun mənfi olması Azərbaycanın neft-qaz sektorunda birbaşa investisiyalar üzrə xalis kapital ixracatçısı olduğunu göstərir.

Azərbaycanın xarici dövlətlərin neft-qaz sektoruna birbaşa investisiyalarının bu dərəcədə yüksək olması əsasən Dövlət Neft Şirkətinin Türkiyə, Gürcüstan və Ukraynanın yanacaq-energetika və neft-kimya sahələrində fəal iştirakının nəticəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR