Bank Of Baku

Asiya İnkişaf Bankının qiymətləndirmə missiyası Azərbaycan hökuməti ilə görüşlər keçirib

Asiya İnkişaf Bankının qiymətləndirmə missiyası Azərbaycan hökuməti ilə görüşlər keçirib
# 31 mart 2011 12:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bakıda səfərdə olan Asiya İnkişaf Bankı (AİB) Yoxsulluq Səviyyəsinin Azaldılması Yaponiya Fondunun (JFPR) Azərbaycan və Gürcüstan üzrə monitorinq və əlaqələndirici missiyası Azərbaycan hökuməti ilə bir sıra görüşlər keçirib. Bu barədə «APA-Economics»ə AİB-in Bakı ofisindən məlumat verilib.

Ofisdən bildirilib ki, missiyaya daxil olan Fondun icraçı direktoru, Yaponiyanı təmsil edən AİB-in Direktorlar Şurasının üzvü Masakazu Sakaquçi (Masakazu Sakaguchi), maliyyə əməkdaşlığı üzrə baş mütəxəssis Kazuo Kojima (Kazuo Kojima) və məsləhətçi Ronaldo Oblepias (Ronaldo Oblepias) Azərbaycanın maliyyə naziri Samir Şərifov, nəqliyyat nazirinin müavini Musa Pənahov və Yaponiyanın Azərbaycandakı səfiri Şussuko Vatanabe (Shussuko Watanabe) ilə görüşüblər: «Görüş zamanı Fondun nümayəndələri JFPR-in Azərbaycana göstərdiyi yardımın təsiri və nəticələrini öyrənib, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) maliyyələşdirdiyi layihələrin icrası ilə tanış olub, həmçinin Fondun qoşula biləcəyi layihələrə dair də müzakirələr aparıb».

Bu gün Fondun nümayəndələri «Azərsu» ASC-də görüşlər keçirəcək. Missiyanın səfəri aprelin 1-dək davam edəcək.

Qeyd edək ki, sözügedən missiya martın 28-30-da Gürcüstanda səfərdə olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR