Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı vasitəsilə həyata keçirilən təcili pul köçürmələrinin həcmi artır

Azərbaycan Beynəlxalq Bankı vasitəsilə həyata keçirilən təcili pul köçürmələrinin həcmi artır
# 31 mart 2011 12:59 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankında (ABB) tətbiq olunan «Contact», «CoinStar», «Xpress Money», «ABB Express», «Blizko», «Western Union» təcili pulköçürmə sistemləri üzrə köçürmələrin həcmi 2011-ci ilin yanvar-fevral aylarında 13,194 mln. manat təşkil edib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, bu həcmdən 11,905 mln. manat xaricdən Azərbaycana, 1,290 mln. manat isə Azərbaycandan xaricə göndərilən pul köçürmələrinin payına düşür.

Bütövlükdə 2010-cu il ərzində ABB vasitəsi ilə həyata keçirilmiş pul köçürmələrinin həcmi 104,882 mln. manata bərabər olub ki, bunun da 96,563 mln. manatı və ya 92,1%-i xaricdən ölkəyə, 8,318 mln. manatı və ya 7,9%-i ölkədən xaricə köçürmələrdir.

Qeyd edək ki, 2009-cu ilə nisbətən məcmu köçürmələr 20,1%, daxil olan köçürmələr 18,9, göndərilən köçürmələr isə 36,4% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR