Bank Of Baku

«Başak İnam» sığorta şirkəti yeni məhsulların tətbiqinə hazırlaşır

«Başak İnam» sığorta şirkəti yeni məhsulların tətbiqinə hazırlaşır
# 31 mart 2011 13:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Başak İnam» sığorta şirkəti aprel ayının sonunda «Kənd təsərrüfatının sığortası» üzrə yeni layihənin icrasına başlayacaq. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədrinin köməkçisi Hikmət Allahverdi bildirib.

H.Allahverdinin sözlərinə görə, «Kənd təsərrüfatının sığortası» layihəsi üzrə 4 yeni sığorta məhsulunun (ev heyvanları, ev quşları, kənd təsərrüfatı bitkiləri və istixanaların sığortası) tətbiqi nəzərdə tutulub.

H.Allahverdi bildirib ki, artıq Fransanın «Groupama» və «Parner Re» sığorta şirkətləri bu layihənin icrası ilə bağlı təkrarsığorta üzrə riskləri qəbul etməyə razılıq verib: «Başak İnam» şirkətinin bu sığorta növü üzrə risklərin neçə faizinin təkrarsığortaya ötürülməsi məsələsi isə apreldə müzakirə ediləcək və bununla bağlı rəsmi müqavilə imzalanacaq. Ümumiyyətlə, bu sığorta məhsullarının Azərbaycanda tətbiqi üçün şirkət Fransanın «Groupama» şirkətinin təcrübəsindən yararlanıb».

H.Allahverdi qeyd edib ki, yeni sığorta məhsullarının tətbiqi ilə əlaqədar regionlarda şirkətin yeni filial və nümayəndəliklərinin açılması da planlaşdırılır.

Qeyd edək ki, səhmdarları Fransanın «Groupama» (49%), «Turanbank» ASC (15%), «Azər-Türk Bank» (10%), «Aqrarkredit» bank olmayan kredit təşkilatı (1,2%) və fiziki şəxslər (24,8%) olan «Başak İnam» sığorta şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Cari ilin yanvarın 1-nə şirkətin nizamnamə kapitalı 3,2 mln. manat təşkil edir. Şirkət müştərilərə 4 icbari və 27 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR