Bank Of Baku

Azərbaycan Bank Tədris Mərkəzi keçirdiyi kursların aprel üçün qrafikini açıqlayıb

Azərbaycan Bank Tədris Mərkəzi keçirdiyi kursların aprel üçün qrafikini açıqlayıb
# 31 mart 2011 13:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) bu ilin aprel ayında keçiriləcək kursların adlarını və qrafikini açıqlayıb.

ABTM-dən «APA-Economics»ə verilən məlumata görə, aprelin 2-dən 19-dək Mərkəz tərəfindən ümumilikdə 19 kurs təşkil olunacaq. Kurslar «Valyuta rejimi», «İpoteka kreditləri», «Kredit risklərinin idarə edilməsi», «Özəl bankçılıq», «Bank işi üzrə qanunvericilik», «Forex bazarında valyuta əməliyyatları» və digər mövzuları əhatə edəcək.

Qeyd edək ki, kurslarda iştirak haqqı mövzudan asılı olaraq 200-500 manat təşkil edir. Bundan başqa, iştirakçılara müəyyən güzəştlər də nəzərdə tutulub.

Xatırladaq ki, ABTM Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsi olaraq Avropa İttifaqının TACIS Proqramının köməyi ilə yaradılıb və 2000-ci ilin fevral ayından fəaliyyət göstərir.

ABTM kommersiya bank işi və biznesin idarə edilməsi üzrə 1 847 dinləyicinin iştirak etdiyi 116 kurs keçirərək, Azərbaycanın ən böyük təlim müəssisəsi sayılır. ABTM hazırda Avropa Yaşlıların Təhsili Assosiasiyası, Avropa Bank Tədrisi Şəbəkəsi və Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR