Bank Of Baku

Gələn ay Azərbaycan Sığortaçılar Assosiasiyasının iclası keçiriləcək

Gələn ay Azərbaycan Sığortaçılar Assosiasiyasının iclası keçiriləcək
# 31 mart 2011 14:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Aprelin 15-də Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) ümumi iclası keçiriləcək. Bunu «APA-Economics»ə açıqlamasında ASA-nın Direktorlar Şurasının sədri Azər Əliyev bildirib.

A.Əliyevin sözlərinə görə, iclasda ASA tərəfindən indiyədək görülmüş işlər, qurumun maliyyə hesabatı, həmçinin bu ilin yay aylarında Bakıda keçirilməsi planlaşdırılan beynəlxalq sığorta forumunun təşkili məsələləri müzakirə ediləcək.

A.Əliyev bildirib ki, iclasda ASA-nın 2011-cü il üçün büdcəsi də müzakirə predmeti ola bilər. Qeyd edək ki, ASA-nın 2011-ci il büdcəsi təxminən 150 min manat təşkil edir.

Xatırladaq ki, ASA 2006-cı ilin dekabrında təsis olunub. Hazırda 27 sığorta şirkəti qurumun üzvdür. Sığorta təşkilatlarının ödədiyi illik üzvlük haqqı 5 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR