Bank Of Baku

Azərbaycanın dörd bankı beynəlxalq müsabiqədə mükafatlandırılıb

Azərbaycanın dörd bankı beynəlxalq müsabiqədə mükafatlandırılıb
# 31 mart 2011 15:10 (UTC +04:00)
Bakı - APA-Economics. Bu il martın 28-30-da Kiyevdə “MDB, Baltik ölkələri və Gürcüstanın ilin bankı - 2010” müsabiqəsinin və “GUAM ölkələrinin ən yaxşı bankı - 2010” müsabiqəsinin qaliblərinin təltif edilməsi mərasimləri keçirilib.

Azərbaycanın Ukraynadakı səfirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, birinci müsabiqə “Bankir” jurnalı və “KBS-İzdat” nəşriyyatı tərəfindən MDB, Baltik ölkələri və Gürcüstandan olan 1220 bank arasında 10 nominasiya üzrə keçirilib.

Kiyevin “Primyer-Palas” hotelində təşkil edilən mərasimdə Azərbaycandan olan 4 bank - “Parabank” (“Ən dinamik inkişaf edən bank” nominasiyası üzrə), “Dəmirbank” (“Yeni bank xidmətlərinin hazırlanması və tətbiq edilməsi üzrə ən yaxşı bank” nominasiyası üzrə), Azərbaycan Beynəlxalq Bankı (“Ən texnoloji bank” nominasiyası üzrə) və “Xalqbank” (“Ölkə daxilində filial şəbəkəsinin inkişafı üzrə lider” nominasiyası üzrə) müsabiqənin qalibləri elan ediliblər. Həmçinin 2 Rusiya, 2 Moldova, 1 Gürcüstan, 1 Özbəkistan və 1 Latviya bankı müxtəlif nominasiyalarda müsabiqənin qalibləri olublar.

GUAM ölkələrinin 173 bankı arasında 11 nominasiyada “Bankir” jurnalı və GUAM Katibliyi tərəfindən keçirilən müsabiqənin nəticələri martın 30-da Katibliyin binasında təşkil edilən mərasimdə elan edilib. Yuxarıda qeyd edilən Azərbaycan bankları müxtəlif nominasiyalarda qalib elan olunublar.

Hər iki tədbirdə Ukraynanın dövlət və hökumət təşkilatlarının, Ukrayna Milli Bankının, ictimai təşkilatların, KİV-lərin, həmçinin Kiyevdə akkreditə edilmiş diplomatik nümayəndəliklərin təmsilçiləri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR