Bank Of Baku

Azərbaycan Sığortaçılar Assosiasiyasının tərkibində yeni komitə yaradılıb

Azərbaycan Sığortaçılar Assosiasiyasının tərkibində yeni komitə yaradılıb
# 31 mart 2011 15:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) Direktorlar Şurasının qərarı qurumun tərkibində daha bir komitə - Maliyyə Komitəsi yaradılıb. Bunu «APA-Economics»ə açıqlamasında ASA-nın Direktorlar Şurasının sədri Azər Əliyev bildirib.

A.Əliyevin sözlərinə görə, yeni komitənin yaradılması ilə bağlı qərar ASA-nın martın 30-da keçirilən iclasında qəbul olunub. Qərara əsasən, komitə sığorta şirkətləri üçün nəzərdə tutulan beynəlxalq maliyyə hesabatlarının işlənib hazırlanmasında, həmçinin digər maliyyə işləri ilə bağlı üzv təşkilatlara yaxından kömək edəcək. Komitə yeni yaradıldığı üçün hələlik onun iş planı hazırlanmayıb.

A.Əliyev bildirib ki, yeni yaradılan komitəyə sədrin təyin edilməsi üçün ASA tərəfindən bütün sığorta şirkətlərinə təkliflər göndərilib. Bu vəzifəyə «Azərbaycan Sənaye Sığorta» ASC-nin İdarə Heyətinin sədr müavini Faiq Hüseynovun namizədliyi irəli sürülüb. Eyni zamanda, analoji təkliflər ASA-nın Həyat sığortası üzrə Komitəsinə sədrin seçilməsi ilə də bağlı göndərilib. «Bu komitəyə sədr isə «Atəşgah Həyat», «Paşa Həyat» və «Qala Həyat» sığorta şirkətinin nümayəndələrindən seçilməlidir», - deyə A.Əliyev qeyd edib.

Qeyd edək ki, hazırda ASA-nın Təkrarsığorta və Anderraytinq Komitəsi (sədr - «Alfa Sığorta»nın İdarə Heyətinin üzvü Kamran Bağırov), Təhsil Komitəsi (sədr - «Başak İnam»ın İdarə Heyətinin sədri Orxan Məmmədov), Həyat sığortası və Maliyyə komitələri fəaliyyət göstərir.

Məlumat üçün bildirək ki, ASA-nın dünənki iclasında qurumun I rübdəki fəaliyyətinin yekunları və digər cari məsələlər müzakirə edilib.

Xatırladaq ki, ASA 2006-cı ilin dekabrında təsis olunub. Hazırda 27 sığorta şirkəti qurumun üzvdür. Sığorta təşkilatlarının ödədiyi illik üzvlük haqqı 5 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR